Yevlaxlı məktəb direktoru barəsində mənimsəmə ittihamı – CİNAYƏT İŞİ AÇILIBbackend

Yevlaxlı məktəb direktoru barəsində mənimsəmə ittihamı – CİNAYƏT İŞİ AÇILIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlax Rayon Təhsil Şöbəsinin Əkşəm kənd tam orta məktəbinin direktoru vəzifəsində işləmiş Bəkirov Babək Nizam oğlunun 2014-2020-ci illər ərzində dövlət büdcə vəsaitlərini mənimsəməsi faktı ilə bağlı Yevlax Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Yevlax Rayon Prokurorluğundan TİA.AZ-a bildirilib ki, aparılmış araşdırmalarla, Babək Bəkirovun işdən azad edilmiş şəxsin adına yazılmış əmək haqqını mənimsədiyi müəyyən olunub.

Belə ki, B.Bəkirov həmin şəxsin vəzifəsini icra etmədiyi halda beş il müddətində məktəbin əməkhaqqı ödəniş cədvəllərinə daxil etməklə bank kartına köçürülmüş əməkhaqqı və digər ödənişləri nağdlaşdıraraq götürüb mənimsəyib.

Eyni zamanda, ayrı-ayrı müəllimlərin adlarına əlavə dərs saatları yazaraq rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlıqların uçotunu və mühafizəsini təmin etməməklə hüquqi şəxs olan Yevlax Rayon Təhsil Şöbəsinin hüquqlarına və qanuni mənafelərinə ümumilikdə 10 min manat məbləğində mühüm zərər vurub. Araşdırmalar zamanı bütün bunlarla bağlı əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Babək Bəkirova Cinayət Məcəlləsinin 179.2-ci (öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilib.