YEVLAXIN İCRA BAŞÇISININ GÖZƏTÇİSİ ÖLDÜRÜLÜB, YOXSA İNTIHAR? – MÜƏMMAbackend

YEVLAXIN İCRA BAŞÇISININ GÖZƏTÇİSİ ÖLDÜRÜLÜB, YOXSA İNTIHAR? – MÜƏMMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlaxın icra başçısı Anar Tağıyevin Mərdəkanda yerləşən imarətində asılmış kişi meyitinin tapılması ilə bağlı müəmmalar və versiyalar səslənməkdədir.
TİA.Az-ın xəbərinə görə, sosial şəbəkələrdə 1988-ci il təvəllüdlü Ruslan İnqilab oğlu Səmədovun döyülərək öldürüldüyü haqda iddialar səslənməkdədir. Onun öldürüldükdən sonra asılması ilə intihar etdiyi rəyi yaratmağa çalışdıqları deyilir.
Lakin bunun bir cinayət olub-olmadığı, kim(lər) tərəfindən törədildiyi haqda istintaqda hələlik məlumatlar yoxdur. Yayılan xəbərlərdə deyilir ki, R.Səmədov icra başçısının imarətində gözətçi olub. Onun ölüm səbəbi bilinmir.
Qeyd edək ki, hadisə Bakının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən dəbdəbəli imarətlərdən birində baş verib.
Mayın 5-dən 6-na keçən gecə bu haqda Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub. Dərhal hadisə yerinə istintaq-əməliyyat qrupu göndərilib.
Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə bildirib ki, intiharla bağlı Xəzər rayon Prokurorluğunda hazırda araşdırma aparılır. Xidmət rəhbəri hələlik fakta görə cinayət işi başlamadığını qeyd edib.
Xəzər Rayon Prokurorluğunun Ruslan Səmədovun müəmmalı ölümü ilə bağlı cinayət işi başlamağa tələsməməsi də hadisənin özü qədər müəmmalıdır.

TİA.Az