Yevlax rayonunda brakonyer saxlanılıbbackend

Yevlax rayonunda brakonyer saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Kür çayının Yevlax rayonu ərazisində icazəsiz balıq ovlayan şəxsi saxlayıblar.

Nazirliyin mətbuat xidmətindən TİA.AZ-a bildiriblər ki, araşdırma zamanı ov edən şəxsin Mingəçevir şəhər sakini Mehman Bəkirov olduğu müəyyənləşib. Ondan müxtəlif növ balıq, ov alətləri və taxta qayıq götürülüb.

Faktla bağlı brakonyer barəsində qanunauyğun tədbir görülməsi üçün toplanmış sənədlər Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.