Tribuna İnformasiya Agentliyi

Yetim qızı sevindirmək üçün “oğurluq” edən gəncə kömək etdilər – VİDEO

03 Dekabr

“Cəsur” TV-nin əməkdaşları Bakıda növbəti maraqlı sosial çarx hazırlayıblar.

Onlar bu dəfə insanların reaksiyasını yoxlamaq məqsədilə mağazada oğurluq etmək qərarına gəliblər.

Ssenariyə uyğun olaraq, kassaya yaxınlaşan gənclərdən birinin oyuncaq oğurladığı məlum olur.

Digər gənc oyuncaq oğurladığı üçün dostunu qınayanda digəri bunu balaca yetim qız üçün etdiyini bildirir.

Bu vəziyyətdə mağaza işçiləri polis çağırmır və oğruları buraxır. Hətta oyuncaq da onlara pulsuz verilir.(Oxu.Az )