Tribuna İnformasiya Agentliyi

Yeşik sexinin sahibi təbiətə 6652 manat ziyan vurdu

28 Noyabr

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Göyçay şəhərində keçirilən reyd zamanı Ənvər Məmmədxanlı küçəsində fəaliyyət göstərən yeşik hazırlanan sexdə 52 m3 həcmində müxtəlif cinsli meşə materialı aşkar edilib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, faktla bağlı sexin sahibi Göyçay şəhər sakini Fəqan Vəliyev barəsində akt tərtib edilib və ona meşə fonduna dəyən 6652 manat  məbləğində ziyan tətbiq olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.