Yer kürəsini maqnit qasırğası əhatə edəcək: Tarixlər açıqlandıbackend

Yer kürəsini maqnit qasırğası əhatə edəcək: Tarixlər açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Maqnit qasırğası, xroniki xəstələrin, yaşlıların və meteohəssas insanların səhhətini ciddi şəkildə poza bilər. Qasırğa zamanı bir çox insanlar baş ağrısı, başgicəllənmə, halsızlıq, ürək bulanması, yüksək təzyiqdən şikayətlənirlər.
TİA.AZ oxu.az-a istinadən xəbər verir ki, avqustun son həftəsində Yer kürəsini iki günlük maqnit tufanı bürüyəcək. Təbiət hadisəsi avqustun 28-i və 29-da baş verəcək. Qasırğa öz gücü baxımından zəif olacaq. Avqustun 27-də, fırtına ərəfəsində isə Günəşin aktivliyi artacaq.

Həmçinin, sentyabrın 3-dən 5-dək daha bir maqnit qasırğası gözlənilir. Sentyabrın 6, 7 və 8-də Günəşin aktivliyi adi haldan bir qədər yüksək olacaq.
Qeyd edək ki, maqnit qasırğaları Günəşin səthindəki partlamalar nəticəsində Yerin maqnit sahəsində yaranan pozğunluqlardır.