Yer kürəsinə təhlükəli asteroid yaxınlaşırbackend

Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yer planetinə 2016 AJ193 asteroidi yaxınlaşır.
Bu barədə TİA.AZ Rusiya mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, o, potensial olaraq təhlükəli asteroidlər qrupuna aiddir, ancaq indi planetimiz üçün təhlükə törətmir.
NASA mütəxəssislərinin hesablamalarına görə, 2016 AJ193 asteroidi avqustun 21-də Yer kürəsinə təxminən 3,4 milyon kilometr maksimal məsafədə yaxınlaşacaq. Asteroidin diametri təxminən 1,4 kilometrdir.
Alimlər bildiriblər ki, Yer kürəsinə yaxınlaşan asteroidlərin bütöv qrupu mövcuddur. Bu qrupa yaxın gələcəkdə Yerə 7,5 milyon km və ya daha az məsafədə yaxınlaşa bilən asteroidlər daxildir. Həmin səma cisimləri potensial təhlükəli hesab olunurlar.