Yeni Təhsil naziri təyin olunan Emin Əmrullayev kimdir? – DOSYEbackend

Yeni Təhsil naziri təyin olunan Emin Əmrullayev kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasın Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

TİA.AZ xəbər verir ki, Emin Əmrullayev 1978-ci ildə anadan olub. 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

1999-cu ildə Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından “İnzibati idarəetmə” ixtisası üzrə məzun olub.
Emin Əmrullayev 2012-ci ildə ABŞ-ın Kolumbiya Universitetində “Dövlət idarəçiliyi” ixtisası üzrə magistr təhsili alıb.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təsil almış şəxs kimi ehtiyat kadrlar siyahısına daxil edilib. 2013-cü ildə Təhsil Nazirliyi Təhsilin statistikası və keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri təyin edilib.

E.Əmrullayev daha sonra Təhsul Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru vəzifələrində çalışıb.