Yeni səfir kimdir?-DOSYEbackend

Yeni səfir kimdir?-DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA-az xəbər verir ki, Prezident İlham Əliyev Ramiz Həsənovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyevin digər sərəncamı ilə Ramiz Həsənovun Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
TİA-az yeni səfirin tərcümeyi-halını təqdim edir:Ramiz Həsənov 1961-ci ildə Gürcüstanın Marneuli şəhərində anadan olub. 1983-çü ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.1984-1990 – SSRİ Xarici Ticarət Nazirliyində 1990-1992 -ci illərdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında işləyib.

1993-1997 – Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifələrdə çalışıb. 1997-2004 – Azərbaycan Respublikası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olub. 2004-2005 – Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur.
2005-2008-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru 2008-2018 – Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.
2018- ci ilin may ayından bəri xarici işlər nazirinin müavini vəzifəsini icra edib. Evlidir, iki övlad atasıdır.

Aytac Sahəd

TİA.AZ