Tribuna İnformasiya Agentliyi

Yeni rəis generalın qohumunu işdən çıxardı

02 May

Dövlət Miqrasiya Xidmətinə yeni təyinat alan Vüsal Hüseynov kadr islahatlarına start verib.

TİA.AZ Unikal.org-a istinadən xəbər verir ki, V. Hüseynov Dövlət Miqrasiya Xidmətində bölmə rəisi Şəhriyar Tariyevi tutduğu vəzifədən azad edib. DMX rəisi bununla bağlı əmr imzalayıb.

Qeyd edək ki, vəzifədən azad olunan Şəhriyar Tariyev Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi, general Firudin Nəbiyevin əmisi oğludur.