Tribuna İnformasiya Agentliyi

Yeni “Qaçqınkom” sədri mərhum jurnalistin bacısına ev verdi

15 May

“”Qaçqınkom” çağırdı. Dedi, tezliklə açarı da verəcəyik. Dedilər ki, Masazır qəsəbəsindəki məcburi köçkünlər şəhərciyində sizin üçün ev ayrılıb. Orderini də verəcəklər. Sadəcə, hələ evin tam hazır olmadığını bildirdilər”.

TİA.AZ  xəbər verir ki, bunu modern.azsaytına açıqlamasında mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı Sevinc Əliyeva bildirib.

Xatırladaq ki, bu ilin 21 martında mərhum jurnalistin bacısı və övladının sığındığı Pirşağı qəsəbəsi “Məşəl” düşərgəsindəki ev yanaraq kül olub. Bundan sonra kirayədə yaşayan Sevinc Əliyeva bir çox maddi və mənəvi problemlərlə üzləşib.

Evsiz qalan xanım bu gün nəhayət ki, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin onu evlə təmin etdiyini bildirib.

S.Əliyeva “facebook” sosial şəbəkəsindəki şəxsi hesabında öz sevincini bu cür bölüşüb:

“Dostlar, tezliklə evin açarları veriləcək. Jurnalist dostlarımı da sevincli anlarımı bölüşməyə dəvət edəcəm”.