backend

Yeni prezident Qurana and içdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanın yeni seçilən prezidenti Şövkət Mirziyoyev parlamentin hər iki palatasının birgə iclası zamanı and içərək səlahiyyətlərin icrasına başlayıb. 

Özbəkistanın yeni seçilən prezidenti Şövkət Mirziyoyev parlamentin hər iki palatasının birgə iclası zamanı and içərək səlahiyyətlərin icrasına başlayıb.

TİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Mirziyoyevə prezident vəsiqəsini təqdim edib.

Ölkə Konstitusiyası və “Quran”a əl basan Ş. Mirziyoyev ölkə qanunları və Konstitusiyaya ciddi riayət edəcəyinə, vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəyinə, vicdanla Özbəkistan prezidenti üzərinə qoyulmuş səlahiyyətləri yerinə yetirəcəyinə söz verib və and içib.

Andiçmə mərasimində Özbəkistan Hökumətinin və Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, yerli və xarici jurnalistlər iştirak ediblər.