Yeni polis rəisi təyin edildibackend

Yeni polis rəisi təyin edildi

Cəbrayıl Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.

Daxili İşlər naziri Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, Biləsuvar RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Toğrul Mahmudov vəzifəsindən azad edilərək Cəbrayıl RPŞ-nin rəisi təyin edilib.

T. Mahmudovun yerinə hələlik təyinat olmayıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki