Tribuna İnformasiya Agentliyi

Yeni Orfoqrafiya Qaydalarının Nazirlər Kabinetinə təqdim ediləcəyi tarix açıqlandı

30 İyun
“Azərbaycan dilinin Orfoqrafiya Qaydaları” layihəsinə  Azərbayacan Milli Elmlər Akademiyasının (AMEA)  Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının İşçi qrupunun iclasında baxılıb”.
TİA.AZ xəbər verir ki, bunu Modern.az-a açıqlamasında AMEA-nın vitse-prezidenti, İşçi qrupunun sədri, akademik İsa Həbibbəyli deyib.
AMEA-nın vitse-prezidenti onu da bildirib ki, gələn həftə Orfoqrafiya Komissiyasının iclasının keçirilməsi nəzərdə tutulur.
“Həmin iclasda müzakirə olunub, qəbul edildikdən sonra Orfoqrafiya Qaydaları təsdiq olunması üçün Nazirlər Kabinetinə göndəriləcək”.