Tribuna İnformasiya Agentliyi

Yeni mövsümdən “Bavariya”nın baş məşqçisi Niko Kovaç olacaq

13 Aprel

“Ayntraxt”ın baş məşqçisi Niko Kovaç yeni mövsümdən etibarən “Bavariya”nı çalışdıracaq.

 

Apasport.az saytının “Kicker”ə istinadən məlumatına görə, Münhen klubu xorvat mütəxəssisə görə 2,2 milyon avro kompensasiya ödəyib.

 

“Bavariya”nın Kovaçla olan müqaviləsi 2018-ci ilin 1 iyulundan etibarən qüvvəyə minəcək. Saziş 2 il müddətinə nəzərdə tutulub. Yeni iş yerində Niko Kovaça qardaşı Robert Kovaç yardımçı olacaq.

 

Qeyd edək ki, Niko Kovaçın çalışdırdığı “Ayntraxt” hazırda 46 xalla Bundesliqada 5-ci pilləni tutur