Yeni iPhone 14-də SİM kartlar olmayacaqbackend

Yeni iPhone 14-də SİM kartlar olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa və Asiyada eSIM texnologiyası populyarlıq qazanır və “Apple” yeni “iPhone 14” mobil cihazlarında fiziki SİM kart yuvasından imtina edə bilər.

TİA.AZ bildirir ki, “Apple” çox güman ki, “iPhone”un bir neçə modifikasiyasını buraxacaq – həm fiziki, həm də rəqəmsal SİM kartları dəstəkləyən, və yalnız eSIM ilə işləyən. Yəni şirkət kütləvi bazar üçün SİM kartların quraşdırılmasının mümkün olduğu modelini istehsal etməyə davam edəcək. Yəqin ki, smartfonun şəbəkəyə yalnız eSIM vasitəsilə qoşulan versiyası ancaq eyniadlı texnologiyanın geniş yayıldığı ölkələr üçün əlçatan olacaq.

Qeyd edək ki, eSIM texnologiyası ilk dəfə “iPhone Xs” və “iPhone Xr”də istifadə edilməyə başlanıb. “iPhone 13”-ün buraxılması ilə şirkət istifadəçilərə eyni anda iki eSIM-dən istifadə etməyə imkan yaradıb.