Yeni internet televiziyası fəaliyyətə başladıbackend

Yeni internet televiziyası fəaliyyətə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan informasiya məkanında yeni internet televiziyası yayıma başlayır.

TİA.AZ  xəbər verir ki, Pressklub TV adlanan bu media qurumu fevralın 7-də Bakı vaxtı ilə saat 20:00-da Yutub kanalında efirə çıxacaq. TV ilk efir günündə parlament seçkilərindən bəhs edən “Rakurs” verilişini, “Sosial şəbəkə gündəmi”ni, həmçinin yaşadığımız Qafqaz regionunun bugünündən, Qarabağ problemi də daxil olmaqla bölgədəki münaqişələrdən söz açan “41-ci paralel” (rus dilində) proqramını təqdim edəcək.

“Bu TV ölkəmizdə, regionda və dünyada baş verən ən mühüm hadisələr barədə daha çox analitik proqramlar, təhlillər, şərhlər və çıxışlar verəcək, deyilən mövzularda debatlar, ictimai müzakirələr təşkil edəcək. Fərqli mövqelərin çatdırılması, plüralizm, dürüstlük, obyektivlik əsas prinsiplər olacaq,” – deyə Bakı Mətbuat Klubu İdarə heyətinin sədri Arif Əliyev bildirib.
A.Əliyev onu da əlavə edib ki, yeni layihədə peşəkar komanda çalışır və həmin komandaya tanınmış telejurnalist Qulu Məhərrəmli rəhbərlik edir.
Pressklub TV həftənin çərşənbə axşamı və cümə günləri efirdə olacaq.