Tribuna İnformasiya Agentliyi

YENİ İLİ JURNALİSTLƏR, SİYASƏTÇİLƏR VƏ SƏNƏTÇİLƏR NECƏ QEYD EDƏCƏK?-SORĞU

30 Dekabr

Artıq 2017-ci ilin sonuncu günlərini yaşayırıq. Bu bir ildə TİA.AZ dünyada və ölkəmizdə baş verən hadisələrlə bağlı xəbərlər, video –materiallar, araşdırma yazılarla sizi məlumatlandırmağa çalışdı. Bəs, siyasətçilər, qələm əhli və sənətçiər bayramı necə qarşılayacaq?

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov hər zaman olduğu kimi bu dəfə sualımıza özünəməxsus cavab verdi : “Əsas odur ki, Yeni İl bizi keçirtməsin, biz harada olsa, keçirəcəyik”

Report.az saytının baş redaktoru Murad Əliyev bayramı ailəsi ilə birgə keçirəcəyini bildirdi: “Yeni ili Bakıda , ailəmlə birgə keçirəcəm. İşlərin çox olduğundan nəsə planlaşdırmağa da vaxtım olmadı .”

 

 

İl boyu aktiv fəaliyyəti ilə yadda qalan Big.az saytının redaktoru Rövşən Əsədov isə bayramı xaricdə keçirməyə qərar verib: “Yeni ili harada keçirtməyim barədə məlumat vermək istəmirəm. Çünki yeni il ərəfəsində telefonumu söndürərək, heç kimin görmədiyi bilmədiyi bir yerə gedəcəm. Dörd-beş gün həmin yerdə olacam. Bu başqa bir ölkə də ola bilər.Amma tək keçirtməyi, qulağımın beynimin dinc olmağını istəyirəm.”

Jurnalist Lalə Mehralı bu ilin ailəsi üçün uğurlu olduğundan danışdı. İllərlə kirayədə qalan jurnalist ailə Yeni ili artıq öz evində qeyd edəcək: “ Bilirsiniz ki, cənab Prezident bizi evlə təmin etdi. Evimizə köç ərəfəsindəyik. Köçüb çatdıra bilməsək də yeni il gecəsi saat 12-ni yeni evimizdə gözləyəcəyik”.

Axar.az portalının baş redaktoru Anar Niftəliyev də Yeni ili yaxınları ilə qeyd edəcəyini dedi: “Həmişə olduğu kimi: ata ocağımızı qoruyan və yaşadan kiçik qardaşımgilə yığışırıq. Biz hər bayramı adətən orda keçiririk.”

Azxeber.com-un rəhbəri Hacıbəy Heydərli: “İlk növbədə sizi və oxucularınızı yeni il münasibətilə təbrik edirəm. Yeni ili hər zaman olduğu kimi ailəmlə bir yerdə evdə keçirəcəm. Yeni ilin özəlliklərindən biri də onu doğmalarınla bir arada qeyd etməkdir. Bir daha hər birinizi təbrik edirəm.

” İslahatçı Gənclər İctimai Birliyinin sədir Fərid Şahbazlı: “Yeni İli Bakıda ailə üzvlərim ilə birgə qeyd edəcəm. Düşünürəm ki, hər kəsə öz ailə üzvləri və yaxınları ilə birgə bayram keçirtmək daha xoşdur, maraqlıdır. Daha sonra isə yəqin ki, dostlarımla birgə şəhərin görməli yerlərini gəzəcəyik. Bayram tətili günlərini isə hər hansı bir regionlarımızdan birinə getməyi də planlaşdırıram. Arzum budur ki, Yeni il Azərbaycan xalqı və dövləti üçün düşərli olsun! Bu il Qarabağın işaldan azad olduğu xəbərini eşidək və bayramlarımızı həmin torpaqlarda qeyd edək! İqtisadçı-ekspert Qadir İbrahimlidə sorğumuzda iştirak etdi.

“Evdə adi qaydada qeyd edəcəm.” “Yeni Müsavat” qəzetinin iqtisadiyyat yazarı Dünya Sakit : “Harasa getmək alınmır, çünki 31 dekabrda yoldaşım gecə növbəsində işləyəcək. Yəni hamı süfrə arxasında bayram keçirəndə o, iş başında olacaq. Hətta işdə olmasaydı belə, bizdə bayram günlərində evdən çıxmaq adəti yoxdur”.

AFN.AZ-ın əməkdaşı Həbibə Abdulla: “Yeni ili bu il də

evimizdə ailəvi qeyd edəcəyik. Bizim övladlarımız körpədi deyə, hələlik kənar yerdə bayram qeyd etmək imkanımız olmur. Körpə uşaqla harasa getmək, üstəlik, qış aylarında çətin və təhlükəli olur, həmçinin uşaqların kütləvi yerdə olması məsləhət deyil sağlamlıq baxımından. Təkcə bu səbəbə görə hələ ki, 5 ildir bayramları öz evimizdə ailəvi qeyd edirik. İnşallah, uşaqlar böyüdükdən sonra planlar qurmaq mümkün olacaq. Yeni ili bu il də evimizdə ailəvi qeyd edəcəyik”.

Şair Cəlil Cavanşir: “Hal-hazırda rayona gedirəm. Yəqin elə rayonda da qarşılayacam yeni ili.” Jurnalistlərdən sonra eyni sualı siyasətçilərimizə yönləndirdik. Maraqlıdır ki, onlar da Yeni ili Bakıda qeyd etməyə üstünlük verirlər.

Politoloq Məhəmməd Əsədullazadə: “Yeni il həyatımızın ən əlamətdar hadisələrindəndir. Köhnə ili yekunlaşdırıb, ağ vərəq kimi yeni günə və ilə daxil oluruq. Köhnə ili xoş xatirələrlə başa vurub, növbəti ildə yeni uğurlara can atırıq. Bu bayram tətilini də hər birimiz çalışırıq ki, doğmalarımızla ölkəmizin füsunkar guşələrində qeyd edək. Mən də çalışacam ki, bu yeni ili öz vətənimdə, doğmalarımın arasında qeyd edəm. Təbii ki, bu yeni ili istəyərdik ki, Yeni Qvineyada qeyd edək.

Çünki ilin başlanğıcı oradan başlayır. Amma bu yeni ili öz gözəl Bakımızda qeyd edəcəm. Bakı dünyanın gözəl şəhəridi və bu şəhərdə yeni ili qarşılamağa dəyər.”

Politoloq Şahin Cəfərli: “ Yeni ili evdə, öz ailəmlə qarşılayacağam.”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu:” Evdə keçirəcəm. Həmişəki kimi.”

Bu il mətbuatda və telekanallarda aktiv siyasi şərhçilərimizdən biri olan politoloq Nəzakət Məmmədova da Yeni ili Bakıda qeyd edəcəyini bildirdi: “Yeni ili öz ailəmlə, evdə keçirməyi planlaşdırıram. Çünki belə bir deyim var ki, təzə ili harda qeyd etsən 7 il dalbadal orda keçirməli olursan. Belə şeylərə çox da inanan olmasam da, məncə, xoş günləri keçirməli olduğumuz ən gözəl yer vətənimiz, doğmaların və dostların əhatəsində isti ocaqdır. Doğrudur, Almaniya, Türkiyə, İtaliya, Avstriya kimi ölkələrdə olmuşam. Onlardan bəzən Milad bayramına təsadüf edən vaxtlar da olub. Çox şən, yüksək əhval-ruhiyyədə keçirirlər. Ancaq harda olsam da, bəzən maraqlı hadisələrlə qarşılaşsam da, bir çox insanlar kimi mənim də yaddaşımda qalan ən xoş Yeni il təəssüratları uşaqlıq xatirələrindən bağlıdır. Uşaq vaxtım sovet dövrünə təsadüf edib və ən əziz uşaqlıq xatirələri kimi xoş təəssüratlarla xatırlayıram Şaxta Babanın məktəblilərlə görüşlərini, Yeni ilə aid şerlər əzbərləyib çıxışlar etməyimizi və hədiyyələri. Arzu edirəm ki, dünyada, o cümlədən bizim ölkəmizdə il ildən daha da gözəl gəlsin və insanlarımız bütün bayramları, o cümlədən Yeni ili xoş əhvalla qarşılasınlar.

Doğma vətənimizə və xalqımıza bu bayram düşərli olsun! Biz politoloqlar da münaqişələri, dünyadakı kədərli hadisələri yox, sülh və tərəqqi xəbərlərini şərh edək! Onda əlavə edək ki, 2002-ci ildə Yeni ili Alp dağlarında qeyd etmişəm. Bu, yadımda qalan fərqli bir Yeni il idi. Çox maraqlı olmuşdu.”

Sorğuda sənətçilərimizi də unutmadıq. İlk açıqlamanı müğənni Elxan Qaraxanoğludan aldıq :” Yeni ili yeni evimdə yeni mahnılarla , ailəm və oğlum ilə qarşılayacam ! Mənim ugurum, Allahın mənə vediyi sənət və səsimdir, saglam ailəm və saglam ruhumdu ! Bütün Azərbaycana xeyirli və uğurlu il arzu edirəm!

Müğənni Yaşar Cəlilov: “Bildiyiniz kimi biz Yeni ili də səhnədə qarşılayacayıq. Ötən il demək olar ki, mənüm üçün uğurlu il hesab oluna bilər. Xalqımızı bird aha bu bayram münasibətilə təbrik edirəm!

Müğənni Elariz Məmmədoğlu da Yeni ili elə səhnədə qarşılayacağını bildirdi: “Ötən il mənim üçün olduqca uğurlu il oldu. Səhnə adamı olaraq bayram günlərini də elə səhnələrdə, çəkilişlərdə olacayıq. Sizin vasitənizlə Azərbaycan xalqını təbrik edirəm! Uğurlu, ruzi-bərəkətli bir il arzulayıram!”

Nüşabə

TİA.AZ