Tribuna İnformasiya Agentliyi

Yeni ildən marketlərdə sellofan torbalar pullu olacaq – VİDEO

29 Noyabr

İnsanların hər gün istifadə etdikləri polietilen torbaların məhdudlaşdırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tədbirlər planı hazırlayıb. Tia.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, plastik tullantınlardan, xüsusilə polietilen torbalardan istifadənin mərhələli şəkildə qadağan edilməsi nəzərdə tutulub.

 

Nazirliyin şöbə müdiri Umayra Tağıyeva bildirib ki, polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir.

 

Umayra Tağıyeva vurğulayıb ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti çirkləndirir. Digər tərəfdən, bu tullantılar yanan zaman əmələ gələn toksiki tüstü atmosfer havasını zəhərləyir. Odur ki, plastik tullantıların təbiətə neqativ təsirlərinin aradan qaldırılması ətraf mühitin sağlamlaşdırılması sahəsində prioritet hesab olunur. Bu məqsədlə yaxın dövrdən etibarən polietilen torbalardan istifadə müxtəlif üsullarlarla məhdudlaşdırılacaq.