Tribuna İnformasiya Agentliyi

Yeni ildə qarlı rayonlarda kirayə ev neçəyədir? (VİDEO)

01 Yanvar
Yeni ili istirahət bölgələrində keçirmək istəyənlər bir neçə günlük fərdi evlərə müraciət edirlər.
İsmayıllı rayonunda günlük kirayə verilən evlərə maraq çox olub. Son günlər qarın yağmasında sonra rayonda istirahət etmək istəyənlər nisbətən ucuz başa gəlsin deyə fərdi evlər kirayələyir.
Ev kirayə verənlər bildirirlər ki, yeni il ərəfəsində qiymətləri artıb. Hazırda rayon ərazsində yerindən və şəraitindən asılı olaraq evlərin günlük kirayə qiyməti 50-100 manat arasında dəyişir.
Ağsuda evlərini kirayə verənlər artıq yerlərin dolduğunu bildirirlər. Ev sahibləri çalışır ki, gələn turistlərə daha yaxşı xidmət göstərsinlər.
Ağsu rayonunda isə evlərin günlük kirayə qiymətləri 40-50 manat arasında dəyişir. Verilən məlumata görə, bu rayonda kirayə verilən ferdi evlərin sayı 100-əyaxındır. İsmayıllıda isə 135 fərdi ev var.