Yeni idarəetməyə keçid: “Köhnə sistem özünü doğrultmur” – Əli Cəfərovbackend

Yeni idarəetməyə keçid: “Köhnə sistem özünü doğrultmur” – Əli Cəfərov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzayıb.

Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib.

Bir sıra ekspertlər hesab edir ki, çevik və effektli idarətmə sistemini formalaşdırmaq üçün gələcəkdə digər regionlarda da nümayəndəliklər yaradıla bilər.

Demokratik İslahatlar Partiyasının (DİP) funksioneri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərov Cebhe.info-ya açıqlamasında deyib ki, bu sistem uğurlu ola bilər:

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə nümayəndəliklərin yaradılması zamanında atılmış düzgün addımdır.

Prezdent tərəfindən təyin olunan səxs ancaq ölkə başçısına tabedir və müəyyən ərazi hüdüdlarında fəaliyyət göstərəcək. Düşünürəm ki, işğaldan azad olunmuş rayonlarda sosial-iqdisadı məsələlərin həllində. eləcə də erməni vandalları tərəfindən dağıdılmış mədəni abidələrimizin bərpasında müstəsna rola malık olacaqlar”.

Ə. Cəfərovun fikrincə, bu proses davam etdirilməlidir:

“Gələcəkdədə digər regionlarımızı əhatə edə biləcək səlahiyyətli nümayəndəlik institu yaradılmalıdır. İcra strukturları artıq öz effektlı iş qabiliyyətini itirib, onların səlahiyyətləri yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə və prezdentin regionlar üzrə yaratmış olduğu səlahiyyətli nümayəndəliyyə verilməlidir.

Köhnə idarəetmə sistemi artıq özünü doğrultmur və bəzəndə bu metodlar süründürməçiliyə və bürokratik əngəllərə gətirib çşıxarır ki, bu da haqlı nərazılığa səbəb olur. İnkişaf etmış Avropa ölkələrində yerli idarəetmə orqanı olan bələdiyyələrin rolu mühümdür. Fikrimcə, dövlət idarəetmədə ağırlıq yükünü xalq tərəfindən seçilmış bələdiyyələrə verməlidir”.