YENİ İCRA BAŞÇILARI ETİMADI DOĞRULDURMU? – TURAL ABBASLIDAN SƏRT SÖZLƏRbackend

YENİ İCRA BAŞÇILARI ETİMADI DOĞRULDURMU? – TURAL ABBASLIDAN SƏRT SÖZLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hamısı ancaq dövlət büdcəsindən ayrılan dotasiyaları xərcləməklə məşğuldur, vəssalam”.

Bunu gənc icra başçılarının fəaliyyəti haqqında danışan Ağ Partiyanın sədri Tural Abbaslı TİA. Az-a açıqlamasında deyib. Onun sözlərinə görə,
yeni təyinatlar köhnə məmurların daha cavan versiyasına çevriliblər:

“Son dönəmlər bir neçə gənc icra başçısı məmur təyin olundu və biz bunu pozitiv qarşıladıq. Çünki bizim həm xalq həm də müxalifət olaraq uzun müddətdir ki, yeni dəyişikliklərə ehtiyac olduğunu dəfələrlə qeyd etmişdik. Amma çoxmu şey dəyişdi soruşsanız, mən deməzdim ki, çox şey dəyişib. Deyə bilmərik ki, gənc kadrlar gəldi və hər şey müsbətə doğru dəyişdi, bunu demək mümkün deyil. Yeni kadrlar köhnə sistemə gəldilər və köhnə sistemin yeni məmurları oldular. Onlar istəsə də, bunu dəyişə bilmədilər yaxud da buna təşəbbüs göstərmədilər. Əksinə köhnə məmurların daha cavan versiyasına çevrildilər. Məsələn, icra başçılarının əsas işi nədir? Regionların inkişafı və regionlarda yeni iş yerlərinin açılması. Hansı icra başçısı öz rayonunda yeni iş yerlərinin açılması ilə bağlı bir təşəbbüsdə bulunub? bir emistisiya cəlb edib yaxud da gənclərin məşğulluğu ilə bağlı bir addım atıb? Hamısı ancaq dövlət büdcəsindən ayrılan dotasiyaları xərcləməklə məşğuldur, vəssalam. Təəssüflər olsun ki, heç bir yenilik yoxdur. Sistem, yanaşma dəyişmədikcə istər yaşlı, istərsə də gənc olsun nəyinsə dəyişəcəyinə inanmıram”.

Aytac

TİA. Az