YENİ GƏNCƏ TİBB MƏRKƏZİNDƏ – KOBUDLUQ, SÜRÜNDÜRMƏÇİLİK VƏ…backend

YENİ GƏNCƏ TİBB MƏRKƏZİNDƏ – KOBUDLUQ, SÜRÜNDÜRMƏÇİLİK VƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Gəncə Tibb Mərkəzində pasientlərə kobud münasibət sərgilənir. TİA.Az bildirir ki, son zamanlar sosial mediada klinikadan şikayətlər ara vermir. Onların sözlərinə görə, tibb mərkəzində süründürməçilik, xəstələrlə qaba davranış, o cümlədən hörmətsizlik adi hala çevrilib. Mərkəzin direktoru Samir Allahverdiyev isə külli ixtiyarı baş həkim olduğu deyilən Ülkər Kərimovaya verib. Gəncə sakinləri Ülkər həkimin vətəndaşlarla kobud danışdığını söyləyir, kim xidməti bəyənmirsə ona “yaxşı yol” qabalığı göstərir. Hətta ayağında trombla gələn bir xəstəni süründürüblər. Bir müddət əvvəl klinikada gənc qız Aygül Orucov əməliyyat masasında dünyasını dəyişib, buna görə yaxınları həkimləri ölümcül döyüblər. Bundan başqa, Orucova Esmira Müşgül qızı həkim səhlənkarlığına görə şikayətçi olmuşdu.

TİA.Az