Tribuna İnformasiya Agentliyi

“Yeni dost və müttəfiqlər axtarmağa başlayacağıq” – Ərdoğandan ABŞ hakimiyyətinə xəbərdarlıq

11 Avqust
ABŞ və Türkiyə arasında cərəyan edən siyasi böhranla bağlı “New York Times” qəzetində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türkiyə ABŞ ilə böhranı necə görür?” adlı məqaləsi dərc olunub.
TİA.AZ  xəbər verir ki, Ərdoğan məqalədə Türkiyə və ABŞ-ın NATO-da tarixi müttəfiqliyindən, türk əsgərlərinin Koreya, Əfqanıstan müharibələrində, Karib böhranında ABŞ-a dəstək olmasından, ancaq bunun əvəzində ABŞ-ın Türkiyənin maraqları əleyhinə addım atmasından, terror təşkilatı PKK-ya dəstəyindən və FETÖ başçısı Fətulla Güləni bu günədək Türkiyəyə təhvil verməməsindən danışıb.
Ərdoğan Ağ Evin Türkiyəyə qarşı təzyiqlərə davam edəcəyi halda ölkəsinin yeni müttəfiqlər axtarışına çıxacağı ilə bağlı ABŞ hakimiyyətinə xəbərdarlıq edib:
“Pisliyin dünyanın hər yerində tələ qurduğu bir dövrdə uzun müddətdir müttəfiqimiz olan ABŞ-ın Türkiyəyə qarşı atdığı birtərəfli addımlar sadəcə ABŞ-ın maraqlarına və təhlükəsizliyinə ziyan vurur. Çox gec olmadan Vaşinqton münasibətlərimizin asimmetrik olması ilə bağlı səhv fikrini bir yana qoymalı və Türkiyənin alternativlərə malik olduğunu qəbul etməlidir. Bu birtərəflilik və hörmətsizlik trendini əksinə çevrilməsə, yeni dost və müttəfiqlər axtarmağa başlayacağıq”.