Yəmən aeroportunda partlayış: 27 nəfər öldü -VİDEObackend

Yəmən aeroportunda partlayış: 27 nəfər öldü –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəməndə Ədən Beynəlxalq Hava Limanına edilən hücumda azı 27 nəfər ölüb, onlarla insan yaralanıb.

“Al Hadath” telekanalının məlumatına görə, bu barədə Yəmən hökumətinin nümayəndəsi bildirib.

***

Yəmənin Ədən hava limanında partlayış olub, ölənlər və xəsarət alanlar var. APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, partlayış hökumətin yeni üzvlərini daşıyan təyyarə hava limanına endikdən sonra baş verib.

Partlayış nəticəsində 5 nəfər həlak olub, 20-dən artıq şəxs yaralanıb.

“Sky News”un xəbərinə görə, uçuş zolağında və hava limanının gözləmə zalında partlayış olub. Partlayışlardan sonra ərazidə atəş səslərinin eşidildiyi bildirilib.

İlkin məlumata görə, ölən və yaralananlar arasında hökumət rəsmiləri yoxdur. Yeni Baş nazir Maeen Abdulmalik də daxil olmaqla hökumət rəsmiləri təhlükəsiz şəkildə prezident sarayına çatıb.

Ölən və yaralananların sayının artacağı ehtimal olunur.