Yeltsin və Putinin şəxsi pilotu vəfat edibbackend

Yeltsin və Putinin şəxsi pilotu vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın ilk prezidenti Boris Yeltsin və indiki dövlət başçısı Vladimir Putinin şəxsi pilotu Qriqori Beloded 73 yaşında ölüb.

TİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun oğlu Yaroslavl Beloded məlumat verib.

Onun sözlərinə görə, atasına etdiyi zənglər cavabsız qaldığından onun evinə gedib. Evdə atasının meyitini görüb. Qriqori Belodedin ölüm səbəbi məlum deyil. Məhkəmə ekspertizası ölümün səbəbini araşdırır.

Qriqori Beloded “Rossiya” ekipajının komandiri olub. O, Boris Yeltsinin təyyarəsinin uçuş heyətinə başçılıq edib. Sonra Beloded ölkənin indiki prezidenti Vladimir Putinin təyyarəsinin komandiri olub. O, 2005-ci ildə yaşı ilə əlaqədar işdən azad edilib.