Yelena Zelenskaya: “Həyat yoldaşımı sonuncu dəfə həmin tarixdə ağ köynəkdə gördüm”backend

Yelena Zelenskaya: “Həyat yoldaşımı sonuncu dəfə həmin tarixdə ağ köynəkdə gördüm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynanın birinci xanımı Yelena Zelenskaya müharibənin başladığı 24 fevral tarixində yaşadıqlarını danışıb.
TİA.AZ xəbər verir ki, bu barədə Y.Zelenskaya “Vogue” jurnalına müsahibə verib.
O bildirib ki, sonuncu dəfə həyat yoldaşını ağ köynəkdə məhz həmin tarixdə görüb.
“Qəribə boğuq səslərə oyandım. Səhər saat dörd və ya beş olardı. Bunun partlayış səsləri olduğunu da dərhal anlamadım. Həyat yoldaşım yataqda yox idi. Ayağa qalxdım və onu gördüm, artıq geyinmişdi, kostyumda idi. Bu onu kostyumda və ağ köynəkdə gördüyüm son dəfə idi”, – deyə Y.Zelenskaya bildirib