Tribuna İnformasiya Agentliyi

Yekaterinburqda azərbaycanlı iş adamını kimlər öldürmək istəyir-

21 Noyabr

“Gecə saat 3-ün yarısıydı. Evə gəlirdim. Binanın blokuna yaxınlaşmışdım ki, hənirti eşitdim.  

“Gecə saat 3-ün yarısıydı. Evə gəlirdim. Binanın blokuna yaxınlaşmışdım ki, hənirti eşitdim. 

Geri çevriləndə gördüm, bir cavan oğlan əlində tapança, mənə tərəf tuşlayıb. Bəxtimdən tapança açılmadı. Blokun qapısını açıb özümü içəri sala bildim. Adam isə qaçdı. İşıq düşdüyündən killerin sifətini yaxşı yadımda saxlamışdım” – bunu cumhuriyyet.az-a əslən Ağdam rayonunun Mərzili kəndindən olan Feyruz Şirinov danışır. Yekaterinburqda, elə həmin binanın qarşısında siqareti bir-birinə calaya-calaya. Amma Feyruz baş verənlərlə bağlı polisə müraciət etmir. Evə gəlir, baş verənləri həyat yoldaşına danışır. Killerin əlamətlərini də deyir: “160-165 sm boyunda, arıq biriydi, idman paltarında. Azərbaycanlı olduğuna isə şübhəm yoxdur”.
Necə deyərlər, hadisə baş verir 6 may 2010-cu ildə. Heç kimlə düşmənçiliyi yox imiş Feyruzun. Başını aşağı salıb kiçik biznesiylə məşğul imiş. Amma kimlərsə və nədənsə ona dava açmaq niyyətindəymiş. Baş verənlərdən sonra Feyruz kriminal keçmişi olan bir neçə tanışı ilə məsləhətləşir. Feyruza elə beləcə də deyirlər: “O killer yenə gələcək. Özü də yaxın günlərdə”… Və həmin killer 8 gündən sonra yenidən Feyruzun yaşadığı Yekaterinburq şəhəri, Şartaş qəsəbəsi Telefonnıy küçəsində peyda olur…
Feyruzun cumhuriyyet.az-a dediklərindən: “Gecə evə qayıdırdım. Həyat yoldaşım Reyhan Quliyeva mənə zəng elədi ki, blokun qabağında ki nəfər gəzişir. Və tez-tez bizim pəncərəyə baxırlar. Mən ehtiyatlı olmağı qərara aldım. Bu vaxt bizi həyətə yaxın yerdə polis patrulunu gördüm. Mən onlara yaxınlaşaraq evimin qarşısında təhlükəli şəxs olduğunu dedim. Xahiş etdim ki, bu adamı zərəsizlədirməkdə mənə kömək etsinlər. Patrul mənə dayanmağı əmr etdi. Və özləri o adama tərəf getməyə başladılar. Bu anda şübhəli qaçmağa başladı. Amma mən və polislər onu yaxalaya bildik”.
Bu dəfə də killer zərərsizləşdirilir. Onun üstündən “Makarov” markalı tapança və 7 güllə çıxır. Elə saxlanılandan 2-3 dəqiqə sonra killerin telefonuna zənglər gəlməyə başlayır. Zənglər Sucan adlı azərbaycanlıdan imiş.
Bundan sonra Feyruz polis idarəsinə dəvət edilir. Orda ondan izahat alırlar. Amma səhəri polisdən ona zəng gəlir. Fehruza bildirilər ki, killer sifarişçinin adını dedi və səni öldürmək istədiyini də etiraf etdi. Fehruz həmin adamların kimliyini soruşur. Polis müstəntiqi ona deyir ki, killer, Turan, Sucan, Murat, və Dima Siqan adlı şəxslərin adlarını çəkib. Amma onların arxasında kimlərin durduğu az sonra məlum olur.
Bəs kimdi sifarişçi? Fehruz çox adamların adını çəkir. Yekaterinburqdakı diaspora lideri Şahin Şıxlinskidən tutmuş öz yerliləri, Ağdamın Mərzili kəndindən olan Səfərovlar qardaşlarınadək. Bunu killer də ona deyir. Amma killeri aradan çıxara bilirlər. Bundan sonra Feyruz çox orqanlara müraciət edir. Özü müstəqil təhqiqat aparır. Rusiyanın Sverdlvsk vilayəti üzrə İstintaq Komitəsinə belə müraciət edir. Açıq şəkildə göstərir ki, onun qətlini Səfərov Akif Möhbalı oğlu, Qurbanov Nofəl Məcid oğlu və Şıxlınski Şahin Mütvəli oğlu sifariş verib. Müraciətdə qətlin motivini də izah edir: Bu adamlar mənim biznesimi ələ keçirmək istəyirdilər. Və buna qədər mənə hədə-qorxu gəlmişdilər. Və ən əsası, Fehruz istintaqa onların və killerin arasında olan telefon danışıqlarının sürətini də təqdim edir. Konkret ünvanlar deyir. Bundan sonra Fehruz Rusiya İstintaq Komitəsinin rəhbəri Bastrıkinə belə müraciət edir. Və ona cavab da gəlir. Cavab da isə məlum olur ki, baş verənlərlə bağlı kriminalistlər araşdırma aparırlar. Son günlərə qədər kriminalistlər Fehruza deyirlər ki, gözlə.
Bundan sonra Fehruza qarşı təzyiqlər də ara vermir. Onunu iki mağazası yandırılır. Torpağı əlindən alınır. “Bütün bunların arxasında dayana isə Şıxlinskidir. Adam yerli hakimiyyət orqanları ilə əlaqələrindən istifadə edərək mənə divan tutur. Bütün əmlakımı əlimdən almaq istəyir. Auksion yolu ilə torpaq sahəsi udmuşam. Özü də auksionda rəqibim erməni idi. Orada ticarət mərkəzi tikdirmək istəyirəm. Şıxlinski həmin erməniyə deyib ki, narahat olma, həmin ərazini alıb verəcəm sənə. Mən bax, bu adamlarda vuruşuram, qardaş. Amma bircə addım belə kənara çəkilməyəcəm. Kiçik bir mağazam qalıb əlimdə. Onu da əlimdən almaq istəyirlər. Amma sona kimi gedəcəm».

cumhuriyyet.az