Yefremovun məhkəməsinə onlayn “bilet” satılmağa başladı – FOTObackend

Yefremovun məhkəməsinə onlayn “bilet” satılmağa başladı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ölümcül qəza törətməkdə təqsirləndirilən Rusiyanın Əməkdar artisti Mixail Yefremovun məhkəməsinə onlayn “bilet” satılmağa başlayıb.

Elan “Avito” saytında “Biletlər və Səyahət” bölməsində yayımlanıb.

İzabella adlı şəxs məhkəmədə iştirak etmək istəyənlərə 500 min rubla (11 400 AZN) birinci cərgəni təklif edib.

O, sözügedən saytda indiyə qədər köhnə əşyaların satılması üçün 110 reklam yerləşdirib.

Alıcılardan biri qadında heç bir biletin olmadığını qeyd edib.

Xatırladaq ki, Yefremovun işi üzrə məhkəmə avqustun 21-də aktyorun vəkili Elman Paşayevin xidmətindən imtina etməsi və ən qısa müddətdə yenisini tapa bilməməsi səbəbindən avqustun 31-nə təxirə salınıb.

Yefremov yenidən Paşayevlə müqavilə bağlayıb.