Yazıçı Kuntsun “peyğəmbərliyi”, yoxsa 39 il yol gələn silah-virusun əldə partlaması?backend

Yazıçı Kuntsun “peyğəmbərliyi”, yoxsa 39 il yol gələn silah-virusun əldə partlaması?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təsadüfün bu qədəri olarmı? Ola bilməz. Bir yazıçı 1981-ci ildə bir elmi-fantastik roman yazsın, Çinin Uhan şəhərində yayılan qorxulu virusdan bəhs etsin, üstündən 39 il keçəndən sonra fantastik romanda deyilənlər birəbir insanların başına gəlsin.

Belə təsadüflər ola bilməz. Dünyada 200 ölkə, on minlərcə şəhər var. Nədən 39 il öncənin “peyğəmbərliyi” məhz Çində, məhz adı çəkilən Uhan şəhərində, məhz öldürücü virusun yayılmasıyla baş verdi? Əsl fantastika budur.

Bu “peyğəmbər”-yazıçı 1945-ci ildə ABŞ-ın Pensilvaniya ştatının Everet şəhərində doğulmuş Din Rey Kuntsdur. 75 yaşlı yazıçı Kunts hələ də sağ-salamatdır və 1981-ci ildə yazdığı “Qaranlığın gözləri” romanındakı hadisələrin necə baş verdiyini izləyir.

Bu xüsusda daha bir maraqlı detal var: Yazıçının 1981-ci ildə yazdığı romanda qorxunc virusun adı əvvəlcə “Qorki-400” olub, ancaq ABŞ və SSRİ arasındakı “soyuq müharibə”nin sönükdüyü vaxtda yazıçı təkrar nəşrlərdə virusun adını dəyişib, “Uhan-400” edib.

Əcəba, nədən? Buna nə zərurət vardı? Bəlkə “soyuq müharibə”nin qaynar cəbhəsi şimaldan – Rusiyadan cənuba – Çinə dəyişdiyinə görə belə bir seçim edilib? Yəni artıq SSRİ-nin çökdürülməsi aktual deyil, yeni hədəf Çindir…

Romanın süjeti belədir: Kristina Evans adlı qadın bir il əvvəl skautlara qoşularaq yürüşə gedən 12 yaşlı oğlunu itirir. Yürüş zamanı bütün komanda müəmmalı şəkildə ölür və onların ölümünün səbəbi naməlum qalır. Rəqqasə olan Kristina iş yerində vəkil Eliot Straykerlə tanış olur və onlar birlikdə həyat planı qururlar. Gözlənilmədən Kristinanın başına qəribə işlər gəlir, oğlu Denni onun yuxusuna girir, oğlanın əşyaları otaqda yer dəyişirlər. Qadın Denninin sağ olduğuna dair yazılar görür, sonra şəhərdə bir avtomobildə oğluna bənzəyən bir uşağa rast gəlir. Eliot Krisitinaya kömək etmək istəyir, ancaq təhqiqat zamanı əngəllərlə üzləşir. Kimsə israrla ona Denninin ölüm səbəbini öyrənməyə mane olur. Cütlük kömək üçün tanış hakimə, hipnozçuya, mediuma müraciət edir. Onlara deyirlər ki, Denni dağlarda, ucqar və təcrid olunmuş bir yerdə saxlanılır. Deyilən marşrutla gedən Kristina və Eliot hasara alınmış əraziyə rast olurlar.

Onlar bu məxfi bazanın mühafizəçilərinin silah və kart-açarlarını ələ keçirərək əraziyə sızırlar, doktor Zaxariyanı tapır, kəndirlə sarıyırlar. Həkim etiraf edir ki, Denni sağdır və tibbi təcridxanada saxlanılır. Məlum olur ki, bazadakı laboratoriyada “Pandora” layihəsi çərçivəsində “Uhan – 400” virusunun öyrənilməsi üzərində iş aparılır. O da məlum olur ki, Denni komanda yoldaşlarının içində yeganə sağ olan uşaqdır. Yerdə qalan uşaqlar təsadüfən laboratoriyadan kənara sızmış virusun qurbanı olublar. O da anlaşılır ki, virusun sintezi haqqında məlumatı ABŞ-a sığınmış çinli alim Li Çen gətirib. “Uhan-400”-ə qarşı dərman yoxdur, bununla yanaşı, virus, ona yoluxmuş insanla birlikdə ölür. Bu üzdən o, ideal bioloji silahdır, bir ərazidəki insanların hamısını öldürməyə, ardınca həmin ərazini müqavimətsiz tutmağa imkan yaradır. Heç demə, Denninn orqanizmi virusa qarşı immunitetlidir, ona görə də onun üzərində sınaq işləri aparılır.

Axırda Kristina və Eliot bazadan qaçmağa macal tapırlar. Onlar Denninin sözlərindən anlayırlar ki, virus uşaqda paranormal qabiliyyətləri inkişaf etdirib.

Budur, hər şey 39 il öncə yazıldığı kimidir: Çin, ABŞ, Uhan, hərbi baza, sintez olunmuş virus, ölən insanlar, epidemiya, pandemiya…

İndilikdə koronavirusun laboratoriya şəraitində hazılandığı və bunu hansı tərəfin – Çinin, yoxsa ABŞ-ın hazırladığı barədə etirafedici açıqlamalar yoxdur. Yəqin ki, bu tezlikdə olmayacaq da.

Ancaq əgər 39 il öncə bir fantast yazıçı bu gün baş verənləri “görürdü”sə, bunu öncəgörmə qabiliyyətindən çox, məxfi idarə və laboratoriyaların gizli şəkildə həyata keçirdikləri layihələrə aid sənədlərlə tanışlıq amilinə bağlamaq daha ağlabatan olardı. Yoxsa ixtisasca virusoloq və ya infeksionist olmayan yazıçı 39 il öncə bir virusun inkubasiya dövrünü, xarakterik əlamətlərini bu qədər dəqiqliklə təsvir edə bilməzdi. Buna fantaziya yetməz, bu, olsa-olsa, məxfi bilgilərə çıxış əldə etməyin nəticəsidir.

Bundan başqa, yenə 39 il öncə baş verən virusa yoluxma hadisəsini xatırlayaq. O zaman, 1981-ci ilin avqustunda “İzvestiya” qəzetində “Müəmmalı xəstəliyin qurbanları” başlıqlı belə bir manşet xəbəri yayılıb:

“Daha iki nəfər İspaniyada “qeyri-tipik sətəlcəm” adlanan xəstəliyin qurbanı olub, – bu barədə “Frans-press” agentliyi xəbər verir. Bu xəstəliyin ümumi qurbanlarının sayı 89-a çatıb.

Xəstəlik düz 100 gün əvvəl ABŞ-ın hərbi hava bazasının yerləşditi Torrexon-de-Ardos rayonunda yayılmağa başlayıb. Bu bazada bakterioloji silah saxlanır. 1979-cu ildə məhz bu bazada ABŞ HHQ-nin serjantı bənzər simptomlardan ölmüşdü. O zaman ispan mütəxəssislər mərhumun cəsədinin yarılmasından kənarlaşdırılmışdılar. Bununla əlaqədar belə bir ehtimal irəli sürülmüşdü ki, “qeyri-tipik sətəlcəm” epidemiyası hərbi bazadan virusun sızmasıyla törənib. Epidemiya Fransa və Portuqaliyaya da sirayət etmişdi”.
Göründüyü kimi, bu gün bütün dünyanı zəlil günə qoyan, Yer üzündə həyatı təhdid edən virus öz-özünə əmələ gəlməyib, bunu insan beyni icad edib.

Yalnız o qalır ki, antibəşəri cinayəti kimin törətdiyi təsbit və elan olunsun. Bütün şübhələr iki dövlətin – ABŞ və Çinin üzərindədir.

Xalid Kazımlı