Tribuna İnformasiya Agentliyi

Yazıçı: “Cəmiyyətdə kitaba qayıdış olmalıdır”

01 Dekabr

Yazıçı, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə deyir ki, cəmiyyətimizin inkişafını istəyiriksə, gərək insanları kitaba həvəsləndirək

Yazıçı, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə Sputnik Azərbaycan-a deyir ki, yazıçılar, naşirlər, kitabxana işçiləri kimin necə gücü çatırsa bizim gəncləri, yeniyetmələri kitaba cəlb etməlidir:

“Kitab sahəsində dirçəliş olmalıdır. İnternet bizim həyatımıza daxil olub. İnternetdən aldıqları informasiyalar uşaqların ağlına, kitab isə onların ürəyinə təsir edir. Əgər cəmiyyətimizin inkişafını istəyiriksə, gərək insanları kitaba həvəsləndirək. Təhsil nazirliyi gənclərə, yeniyetmələrə yaxın olmalıdır. Gərək  kitaba maraq yaradılsın. Amma bu tək Təhsil nazirliyinin işi deyil. Problemə kompleks yanaşma vacibdir. Cəmiyyətdə kitaba qayıdış 50-70 faiz olmalıdır. Bunun üçün də ilk olaraq uşaqlardan başlamaq lazımdır”.