Yayda Türkiyədə çimərliklər belə fəaliyyət göstərəcək: “Əlcək, maska …”backend

Yayda Türkiyədə çimərliklər belə fəaliyyət göstərəcək: “Əlcək, maska …”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyədə koronavirus tədbirlərindən sonra həyata keçirilən yumşalma zamanı bir çox şeylər əvvəlkindən fərqli olacaq.
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, insanların bir araya gəldiyi sosial məkanlarda – çimərliklərdə yeni tədbirlər həyata keçirilir.
Turizmin geniş inkişaf etdiyi Antalyanın Konyaaltı Sahilində istədiyin yerdə günəşlənmək və dənizə girmək qadağan edilib.
Çimərliyin bələdiyyəyə məxsus hissəsində artıq xüsusi sahələr ayrılıb.
Çimərliyə gələn hər kəs təyin olunmuş yoxlanışlardan keçəcək, istiliyi ölçüləcək, onlara maska və əlcək veriləcək.
Qonaqlar ya tək ya da ailəvi gəliblərsə, 3 nəfərdən artıq olmayaraq 9 metrlik xüsusi sahələrdən istifadə edə biləcəklər.
9 metrlik sahədə şəmsiyyə və stoldan istifadə edildikdən sonra həmin ərazi dezinfeksiya ediləcək.
20 dəqiqədən tez olmayaraq həmin əraziyə başqa biri daxili olmayacaq.
Koronavirusun yayılma ehtimalına qarşı siqaret çəkmək üçün özəl sahələr ayrılıb və dəniz sahilində siqaret çəkməyə icazə verilməyəcək.