Tribuna İnformasiya Agentliyi

Yay tətili üçün xəritə – Trabzonun gəziləsi və görüləsi yerləri (FOTOLAR)

14 İyul

Yay aylarında bir çoxları məzuniyyət götürüb istirahət etməyi, tətili boyunca Bakının səs-küyündən uzaqlaşıb təbiətə üz tutmaq istəyir.

Həm ölkəmizin regionlarında, həm də xarici ölkələrdə tətil hazırda alternativlər arasındadır. Hər kəs həm cibinə, həm də zövqünə uyğun istirahət forması və məkanı tapmağa çalışır.

Əcnəbi ölkələrə səyahət etməzdən öncə isə, tətil boyu sürprizlərlə qarşılaşmamaq üçün öncədən yüz ölçüb bir biçmək lazımdır. Həmin ölkənin mədəniyyəti, insanlar arasında münasibət, qiymətlər və ən önəmlisi gəziləcək, görüləcək məkanlar.

Minval.info-nun bələdçisi silsilə yazıları ilə sizi tətil üçün ən uyğun şəhərlərlə tanış edəcək. İlk olaraq gözəl təbiəti, səmimi insanları və iştahaçan mətbəxi ilə diqqət çəkən Qaradənizin incisi Trabzondan başlayaq.

trabzon ile ilgili görsel sonucu

Əvvəla ondan danışaq ki, Türkiyənin bu səfalı güşəsinə necə getmək olar? Trabzon və Bakı arasında 863 km məsafə var. Ən rahat nəqliyyat vasitəsini seçsək, təyyarə ilə Bakı-Trabzon-Bakı aviabiletini bir nəfər üçün 750-1000 AZN arası qiymətə almaq olar.

Həmçinin, Gürcüstanın paytaxtı Tbilisidən də hava yolu ilə Trabzona çatmaq olar. Bu zaman Bakı-Tbilisi-Bakı avtobusla 24 manat, Tbilisi-Trabzon-Tbilisi istiqamətində  təyyarə ilə qiymət 550-650 manat aralığında dəyişəcək. Tbilisidən Trabzona avtobusla gedib, eyni yolla qayıtmaq isə 52 manata başa gələcək.  Trabzona getməyin digər bir yolu isə Batumidən keçir. Bakı-Batumi-Bakı avtobusla 80 manat, Batumidən Trabzona yola düşüb, sonra da Batumiyə qayıtmaq isə cəmi 30-35 manatla həll edilə bilər.

trabzon ile ilgili görsel sonucu

Gedib Trabzona çatdıq, indi qalmağa yer məsələsi gündəmə gəlir. Trabzonda şəhər mərkəzində və ya təbiətə daha yaxın olmaq üçün Uzungölü və Yaylakent ətrafındakı otellərdə qalmaq olar. 4-5 ulduzlu otellərdə 6 gecə üçün 1500-2500 AZN arasında yerləşmək mümkündür. Oteldə qalmağı yox, ev tutub rahat istirahət etmək istəyənlər isə 1500 manat nəzərdə tutmalıdır. Daha çox bel çantasını götürüb səyahətə çıxanların üz tutduğu hostellərdə isə 500 manata qalmaq olar.

trabzon ile ilgili görsel sonucu

Vadidə piknik, Uzungöldə gəzinti, vahiməli monastr

Otelə və ya evə yerləşdikdən sonra artıq Trabzonu kəşf etməyə başlamaq olar. Trabzonun mərkəzində ən sakit yerlərdən biri Zagnos Vadisidir. 5000 illik bu vadi tarixlə təbiətin vəhdətini təşkil edir. Vadinin hər tərəfi piknik üçün yararlıdır. Vadidən piyada 15 dəqiqəyə gözəl şəhərə qalxan olan Trabzon qalasına getmək olar. Trabzon divarları olaraq da tanınan qala Bizans İmperiyası dövründən qalıb. Trabzonun tarixini öyrənməyə başladığınız bu anda yenə piyada 15 dəqiqə gedib yerli əhalinin mədəniyyətinə, tarixinə aid hər şeyi öyrənə biləcəyiniz Trabzon muzeyinə çatmaq olar. Bu muzey XX əsrin əvvəllərində inşa edilib və Atatürk Trabzona səfəri zamanı burada  gecələyib.

uzungöl trabzon ile ilgili görsel sonucu

Muzeyi gəzdikdən sonra tarixi Trabzon AyaSofia kilsəsinə (hazırda muzey) yollana bilərsiniz. Kilisə 1204-cü ildə qurulan Trabzon İmperatorluğu dövründə inşa edilib, memarlığında həm Səlcuq türklərinə, həm də xristian mədəniyyətinə aid xüsusiyyətlər var. Muzeyin divarlarında Adəm və Həvvanın həyatını, İsanın dünyaya gəlməsini, çarmıxa çəkilməsi və qiyamət gününü təsvir edən barelyeflər var. Pəncərələrin arasında isə 12 həvari təsvir edilib.

Ä°lgili resim

Trabzon təbiətini ən gözəl əksr etdirən məkan isə, şübhəsiz, Uzungöldür. Uzungöl Trabzon mərkəzindən 96 km uzaqda yerləşir və mərkəzdən gölə turlar təşkil edilir. Uzungölün özünün füsunkar təbiəti ilə yanaşı, ətrafında restoranlar, əyləncə vasitələri, əl işi aksesuarlar satılan köşklər var.

uzungöl trabzon ile ilgili görsel sonucu

Trabzonda mütləq ziyarət etməli olduğunuz yerlərdən biri Sümela Monastrıdır. Dağın dik yamacında yerləşən vahiməli monastr Bizan İmpersiyası dövründə Afinadan gələn iki rahib tərəfindən qurulub. Sənət əsəri freskaların, fərqlin detalları olan rəsmlərin toplandığı 6 mərtəbəli monastr bütün xristianlıq tarixini özündə əks etdirir.

Trabzon təkcə təbiəti ilə deyil, həm də mətbəxi ilə sizi heyran edəcək. Səhər yeməyindən başlasaq, Trabzonda səhər yeməyini muhlama adlı yeməksiz təsəvvür etmək olmaz. Muhlama (quymaq) qarğıdalı unu, kərə yağı və Trabzon pendirindən hazırlanır. Səhər yeməyi üçün “serpme kahvaltı” da seçimlər arasındadır. Serpme kahvaltı son zamanlar ölkəmizdə də yayılmaya başlayıb və hərəsindən bir pors olmaqla pendir, pomidor, xiyar, zeytun, qaymaq, bal, yumurta və s. dadlı məhsulların bir yerə toplanmasıdır.

serpme kahvaltı trabzon ile ilgili görsel sonucu

Qaradəniz sahilinə gəlib, balıq yeməkləri, xüsusilə də, hamsi balığından hazırlanmış yeməklərdən yemədən qayıtmaq olmaz. Trabzon Türkiyənin balıq ehtiyacının 30 %-ni təmin edir. Həmçinin, nahar və şam yeməyi üçün köftələr də yaxşı seçimdir. Trabzonda Akçaabat köftəsi tövsiyə edilir, mərkəzə yaxın olan “Cemil usta köftecisi” isə ən ləzzətli köftələrin ünvanıdır. Desert kimi hamsiköy sütlacı və laz börəyi ağız dadınızı dəyişə biləcək ləzzətlərdəndir.

trabzon balık gölü ile ilgili görsel sonucu

Səfər etdiyiniz ölkədən əliboş qayıtmaq olmaz. Trabzonda alış-veriş etmək üçün pasajlar var. Mərkəzə yaxın Kunduracılar pasajında butiklər, brendlərin böyük mağazalarını və xatirə aksesuarları ala biləcəyiniz dükanlar var. Trabzondan xatirə kimi milli baş örtülərini almaq olar. Trabzon airaportuna yaxın yerləşən Trabzon Forum da çoxmərtəbəli lüks əyləncə və alış-veriş mərkəzidir. Burada dünyanın məşhur markalarının mağazalarını tapa bilərsiniz. Qiymətlərə gəldikdə isə, bəzi bahalı dünya brendlərini çıxsaq, digər mağazalarda qiymətlər Bak ilə müqayisədə az qala 2 dəfə azdır.

Sakinlərinə gəldikdə isə trabzonlular səmimiyyətləri, qonaqpərvərliyi ilə seçilir. Ancaq müəyyən qədər mühafizəkar olduqlarını nəzərə almaq lazımdır. Trabzonda cütlüklərin küçədə öpüşməsi, qızların açıq-saçıq geyinməsi elə də yaxşı qarşılanmır.

trabzon sokak ile ilgili görsel sonucu

Bir festival və ya dövlət bayramı zamanı Trabzonda olsanız, Horon adlanan milli rəqsin şahidi ola bilər, hətta özünüz də qoşula bilərsiniz. Horon kişi və qadınların birlikdə yallı getməsini xatırlada bilər, ancaq daha dinamikdir. Horonu kemençe adlanan yerli musiqi aləti ilə müşahidə edirlər. Trabzonda Qaradəniz lətifələri kimi tanınan və Temel adlı personajın baş qəhrəman olduğu zarafatları da çox eşidə bilərsiniz.

Trabzonda gecə həyatı barədə ağız dolusu danışa bilmərik. Saat 21:00-da mağazalar, marketlər bağlanır, küçələrdə elə də çox adam qalmır. Gənclər isə otellərin içindəki böyük barlarda, ara küçələrdəki kiçik publarda (pivəxana) və sahil kənarında açıq havada ayın dəniz üzərinə düşən əksinə tamaşa etməklə əylənə bilərlər.

Ümumiyyətlə, tətil zamanı əyləncə insanın özündən asılıdır. Tətilin dadını çıxarıb, yeni mədəniyyətlər kəşf etməyin zövqünü yaşamağınız ümidi ilə.

Xoş istirahətlər…