“Yaxın vaxtlarda Bakı ilə İrəvan arasında yeni sənədlər imzalanacaq”backend

“Yaxın vaxtlarda Bakı ilə İrəvan arasında yeni sənədlər imzalanacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında yekun nəticədə sülh sazişinə gətirib çıxaracaq yeni sənədlər imzalanacaq. Artıq hər iki tərəf buna hazırlaşır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri erməni siyasətçi Vigen Hakopyan deyib.

Hakopyan xatırladıb ki, hələ bir müddət əvvəl Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri komissiyasının üzvü, deputat Andranik Koçaryan sülh sazişinə dair danışıqlara başlaya biləcəklərini bəyan etmişdi. “Eyni məlumatlar rəsmi mənbələrdən də sızmağa başladı. Hazırda isə məsələ hansısas ilkin razılaşmadan gedir. Həmin razılaşma bundan əvvəlki danışıqlar zamanı şifahi şəkildə qərarlaşdırılıb. Yekunda bu sülh sazişinə gətirib çıxaracaq”.

Erməni siyasətçi qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev mütəmadi olaraq razılaşmanın bir çox məqamlarını açıqlayır. “Bir qədər əvvəl onun nəzarətində olan mediadan da bu istiqamətdə çoxlu məlumat əldə edirdik. İndi isə Əliyev sülh sazişindən danışmaqla yanaşı, prosesi tezləşdirməyə çalışır, bütün kartları açır və prosesin katalizatoru funksiyasını həyata keçirir”.

Hakopyan hesab edir ki, Əliyevin çıxışlarında səsləndirdiyi fikirlərin bəziləri hansısa maraqlı geosiyasi dairələrin maraqlarından irəli gəlir və həmin sözlər Azərbaycan prezidentinin dilindən səsləndirilir. “Ona görə də, erməni cəmiyyəti razılaşmalar haqqında məlumatı təkcə Azərbaycandakı mənbələrdən və ya üçüncü dövlətlərdən deyil, eyni zamanda müxalif dairədən də alır və eşidir. Məsələn, sərhədlərin demarkasiyası və delmitasiyası ilə bağlı məlumatları gündəmə müxalifət gətirmişdi. Bundan sonra Paşinyan etiraf etdi ki, beılə bir sənəd var. Hətta onu da dedi ki, həmin sənəd ermənilərin maraqlarını ehtiva edir. Və onu imzalamağa hazırlaşır”.

Erməni siyasətçi vurğulayır ki, Ermənistan hökuməti məlumatları gizlətməyə çalışsa da, hər dəfə fakt qarşısında qalır. “10 noyabr bəyanatı da cəmiyyətdən xəbərsiz şəkildə imzalandı. Bu dəfə də eyni şeyin baş verəcəyinə şahid olacağıq”.