YAXIN HƏFTƏLƏRDƏ YA MÜHARİBƏ, YA SÜLH… – BAYRAMOVLA MİRZOYAN GÖRÜŞÜNƏ İKİ ANALİTİKDƏN SENSASİON ŞƏRHbackend

YAXIN HƏFTƏLƏRDƏ YA MÜHARİBƏ, YA SÜLH… – BAYRAMOVLA MİRZOYAN GÖRÜŞÜNƏ İKİ ANALİTİKDƏN SENSASİON ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramovla Ararat Mirzoyan görüşündə erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb. TİA.Az yazır ki, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun sözlərinə görə, görüşün 3 saat davam etməsi kifayət qədər hərtərəfli müxtəlif məsələlərin müzakirə edilməsinə işarədir. “Azərbaycanın hazırda əsas tələbləri hərbi birləşmələrin çıxarılması, sülh müqaviləsinin imzalanmasıdır. İlk dəfə bağlı qapılar arxasında iki ölkənin XİN rəhbərlərinin ikilikdə görüşməsi diqqət ediləsi məqamdır. Təsadüfi deyil ki, quyruqları xaricdə olan bəzi erməni KİVləri Azərbaycan və Ermənistan arasında “gizlicə yol xəritəsi”nin cızıldığına iddia edirlər.
Əslində güman edirəm Mirzoyana deyilib ki, gedib Paşinyana desin – ya sülh ya müharibə seçimi yaxın həftələrdə onları gözləyən aqibətdir. Vaxt daralır və Paşinyan təcili şəkildə real addımlar atmalıdır”.

Analitik Elxan Şahinoğlu bildirir ki, Brüssel Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tiflisdə görüşünə dəstəyini açıqlayıb: “Görüş yerinin Gürcüstan ərazisinin seçilməsi tərəflər üçün faydalıdır. Gürcüstan Avropa İttifaqı kimi Cənubi Qafqazda sülh və sabitlikdə maraqlıdır. Bu mənada Gürcüstanın görüş yeri seçilməsi və bunun gələcəkdə də təkrarlanması Brüsselin Azərbaycanla Ermənistan arasında vasitəçilik təşəbbüslərinə dəstək mahiyyəti daşıyır. Görüş yerinin Tiflis seçilməsi Kremlin maraqlarına cavab vermir. Birincisi, Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı işğalçı savaşına görə iki ölkə arasında diplomatik münasibətlər yoxdur. İkincisi, Gürcüstan Avropa İttifaqı və NATO üzvlüyünə çalışır ki, bu amil də Kremli qıcıqlandırır. Üçüncüsü, Azərbaycan və Ermənistan rəsmilərinin və diplomatlarının Rusiyadan kənar istənilən görüşü və apardıqları müzakirə Rusiyanın bölgədəki inhisarçı mövqeyə sahib olmaq istəyini zəiflədir”.