Yaxın gələcəkdə bir çox peşələr tarixə qovuşacaqbackend

Yaxın gələcəkdə bir çox peşələr tarixə qovuşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yaxın gələcəkdə süni zəka texnologiyalarının tətbiqilə yox olacağı gözlənilən peşələr müəyyənləşdirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə İsveç Təhsil Siyasəti İnstitutu (IFAU) tədqiqat aparıb.

Bildirilir ki, aparılmış müvafiq tədqiqatlar nəticəsində texnologiyaların inkişafı nəticəsində bir çox peşələr tarixə qovuşacaq.
Danderud Universiteti Xəstəxanasının ortoped cərrahı Maks Qordonun sözlərinə görə, bəzi həkim ixtisasları da ortadan qalxacaq:
“Belə ki, indidən sınıqlar süni zəka ilə təyin olunursa, gələcəkdə müalicə təyini, həmçinin təcili yardım, ginekologiya kimi sahələrdə süni zəka tətbiq olunacaq.
Bununla yanaşı, mühasib, operator, fotomodel, dəzgah operatoru, satıcı, kassir, xadimə və s. işlərin də süni zəkanın ixtiyarına keçəcəyi bildirilir”.