Yatmağı sevənlər üçün maraqlı iş təklifi: Yata-yata pul qazanacaqlarbackend

Yatmağı sevənlər üçün maraqlı iş təklifi: Yata-yata pul qazanacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yataqlarla bağlı araşdırmalar edən “Everynight” adlı şirkət bir ay yatmaq üçün işçi axtardığını açıqlayıb.

“Haber Global” məlumat verir ki, bir aydan sonra bitəcək iş üçün 1500 dollar (2 550 AZN) ödəniləcək.

Sosial mediada maraqla qarşılanan hadisədən “xəyallardakı iş” deyə bəhs edilib.

Şirkət tərəfindən edilən açıqlamada bu iş üçün 5 nəfərin seçiləcəyi vurğulanıb və ən az 18 yaşında olan şəxslərin ölkələrindən asılı olmayaraq, müraciətlərinin qəbul ediləcəyi bildirilib.

31 may tarixinə qədər müraciət edə bilən şəxslər üçün əsas tələb isə ingilis dilini bilmələridir.

Həmin şəxslər yuxudan əvvəl və sonra video konfransda iştirak edəcək, yuxu haqqında şifahi sorğuya cavab verəcəklər.

Bu araşdırmada şirkət ən yaxşı qısa yuxu vaxtının və yuxuların yorğunluq, yaddaş, motivasiya və məhsuldarlığa təsirlərini araşdıracaq.