“Yaşıl marafon” çərçivəsində Şirvanda 2500 ağac əkilib -VİDEObackend

“Yaşıl marafon” çərçivəsində Şirvanda 2500 ağac əkilib -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin nümayəndələrinin və könüllülərin iştirakı ilə Şirvan şəhərində “Yaşıl marafon” adlı ağacəkmə aksiyası keçirilib.

Tia.az xəbər verir ki, ağacəkmə aksiyası Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsinin yaxınlığındakı meşə fondu ərazisində həyata keçirilib.

Ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə yanaşı, IDEA İctimai Birliyinin nümayəndələri və könüllülər də iştirak ediblər.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev açıqlamasında bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və qurucusu Leyla Əliyevanın təşəbbüsü və ETSN-nin dəstəyi ilə “Yaşıl marafon” adı ilə kütləvi ağacəkmə aksiyası davam edir. Bu tədbir işğaldan azad edilən ərazilərimizdən biri olan Zəngilan rayonundan start götürdü və bu gün də davam edir. İl ərzində bir milyona yaxın ağacın əkilməsi planlaşdırılır. Yeni ağaclar əsasən yaşıllıqların daha seyrək olduğu, vaxtilə meşə zolaqlarının yerləşdiyi ərazilərdə əkiləcək.

“Eyni zamanda, bu tədbirin mahiyyəti insanlara təbiət sevgisinin aşılanmasından ibarətdir. Aksiyaya qoşulanlara əkiləcək tinglər ETSN tərəfindən hədiyyə verilir. Əsasən regionun iqliminə uyğun ağac tingləri seçilib. Eldar şamı, sərv, palıd, fıstıq, vələs və digər ağacların əkilməsi nəzərdə tutulub. “Yaşıl marafon” ağacəkmə aksiyası yaz və payız mövsümlərində də davam etdiriləcək”, – deyə o bildirib.

Şirvanda keçirilən əkin zamanı iqlim şəraitinə uyğun göyrüş ağaclarından istifadə edilib. Gün ərzində 2500 ədəd ting əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib.