Yaşıl çayın bu faydalarını da bilirdinizmi? – FOTObackend

Yaşıl çayın bu faydalarını da bilirdinizmi? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaşıl çayın sağlamlığımıza bir çox müsbət  təsiri var. İlk dəfə Çində yetişdirilən və Asiyada inkişaf edən yaşıl çayın faydalarını sizə təqdim edirik.

Yaşıl çayın arıqlamağa kömək etdiyi hər kəsə məlumdur. Bəs, yaşıl çayın sağlamlığa təsiri nədir?

Məlumat üçün bildirək ki, bir fincan yaşıl çayın tərkibində xeyli miqdarda bioaktiv birləşmələr var. Bunlardan ən vacibi polifenollar orqanizmdə iltihabı azaltmağa kömək edir və bir çox xəstəliklərə qarşı qoruyucu təsir göstərir.

Polifenollar arasında katexinlər yaşıl çayın unikal tərkib hissəsidir. Məhz katexinlər sayəsində yaşıl çay  müsbət təsirlərə malikdir. Bu antioksidantlar bədəndə dolaşan və xərçəngə səbəb olan sərbəst radikalları yox edərək hüceyrələrin xərçəngə çevrilməsinin qarşısını alır. Yaşıl çay, eyni zamanda bir çox digər çay növləri ilə müqayisədə yüksək mineral tərkibli içki olduğu üçün orqanizmin mikronutrient ehtiyacını da ödəməyə köməklik edir.

Bir çox elmi araşdırmada yaşıl çaydan müntəzəm istifadə edilməsinin yağların yandırılmasını sürətləndirdiyi və maddələr mübadiləsinin sürətini artırdığı müşahidə edilib. Bu səbəbdən yaşıl çayın istifadəsi çəkiyə nəzarəti asanlaşdırmağa, arıqlamağı sürətləndirməyə və piylənmənin qarşısını almağa kömək etdiyi xüsusi vurğulanır.

Bütün bu müsbət təsirlərə baxmayaraq, yaşıl çay çox aşağı kalorili içkidir. Bir fincan yaşıl çayda cəmi 2 kilokalori enerji var. Yaşıl çay demək olar ki, sıfır enerji ehtiva etdiyi və arıqlamağa kömək etdiyi üçün pəhriz saxlayan insanlar tərəfindən etibarlı şəkildə istifadə  edilə bilən içkilər arasındadır.

Yaşıl çayın digər mühüm təsiri isə xroniki xəstəliklərdən qorunmanı təmin etməsidir. Elmi araşdırmalar göstərib ki, yaşıl çay insulin müqavimətini azaldır və qanda şəkərin səviyyəsini tarazlaşdırır. Yaşıl çay bu xüsusiyyəti sayəsində diabet xəstələrinin qanında qlükoza səviyyəsini tənzimləməyə, sağlam insanlarda  isə xəstəliyin qarşısını almağa köməklik edir.

Yaşıl çay dünyada insanların əsas ölüm səbəbi olan ürək-damar xəstəliklərinin qarşısını da almaq üçün çox qiymətli qidadır. Yaşıl çay müntəzəm istifadə edildikdə qandakı ümumi xolesterinin, LDL xolesterol və triqliseridin səviyyələrini azaldaraq ürək-damar xəstəliklərindən qorunmanı təmin edir.