Yaşı 65-dən çox olan şəxslərə evdən çıxmamaq tövsiyə olunurbackend

Yaşı 65-dən çox olan şəxslərə evdən çıxmamaq tövsiyə olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır.

TİA.AZ-ın məlumatına görə, bu səbəbdən Nazirlər Kabineti tərəfindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

Oktyabrın 16-da qəbul edilən qərara əsasən bu gündən yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir.