Yaşayış minimumu necə hesablanır? – “Rəqəmlər arasında uyğunluq yoxdur”backend

Yaşayış minimumu necə hesablanır? – “Rəqəmlər arasında uyğunluq yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizdə yaşayış minimumunun strukturu, ora daxil olan səbətlərin tərkibi və istehlak normaları ilə bağlı ayrı-ayrı vaxtlarda müxtəlif ekspert analizləri olub. Amma bu sualı indiyədək heç vaxt qarşıma çıxmayıb: hər il parlamentin təsdiqlədiyi yaşayış minimununun dəyəri necə indeksləşdirilir? Dərhal cavab ola bilər ki, inflyasiyaya uyğun olaraq. Yəni, məsələn, 2020-ci ildə 3% inflyasiya olursa, 2021-in yaşayış minimununun dəyəri də bu qədər artırılaraq təsdiqlənməlidir. Amma 2013-cü ildən indiyədək hər növbəti il üçün əmək qabiliyyətli əhali üçün təsdiqlənən yaşayış minimumunun dəyərinə və əvvəlki ilin inflyasiya səviyyəsinə baxanda bu sxemin heç də həmişə işləmədiyini görürük”.

Bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

Ekspert məsələni bu cür izah edib: “Məsələn, 2014-cü ildə yaşayış minimumunun dəyəri 8,8 faiz artırılır, amma əvvəlki ilin rəsmi inflyasiyası 2,4 faiz olub. 2015-də yaşayış minimumunun dəyəri 2,9 faiz artırılır, amma əvvəlki ilin rəsmi inflyasiyası 1,4 faiz olub. Amma 2016-da yaşayış minimumunun dəyər artımı ilə əvvəlki ilin inflyasiya səviyyəsi təxminən eyni olur – 4 faiz ətrafında. 2017-də də təxminən eyni olur – 12.5 faiz ətrafında. Amma sonrakı 3 ildə yeni pozulur. 2018-də yaşayış minimumunun dəyəri 11 faiz artırılır, amma əvvəlki ilin rəsmi inflyasiyası 13 faizə yaxın olur olur. 2019 və 2020-də yaşayış minimumun dəyərinin artımı inflyasiya tempini təxminən 2 dəfə üstələyir. Ən nəhayət, 2021-də yenə bir-birinə bərabər olur -təxminən 3 faiz ətrafında”