Yasamalın su problemi niyə həllini tapmır? – ŞİKAYƏTbackend

Yasamalın su problemi niyə həllini tapmır? – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Yasamal rayonunda sakinlər ciddi su problemindən əziyyət çəkirlər. Məsələ ilə bağlı dəfələrlə “Azərsu” ASC-yə müraciət edilsə də problem həllini tapmır.

Bu barədə HİT.Az-a narazı sakinlər müraciət edib. Müraciətdə bildirilib ki, Yasamalda, Əsəd Əhmədov küçəsində su norma ilə verilir. Belə ki, səhər və axşam saatlarında 2 saat su normal şəkildə gəlir, lakin günün digər saatlarında çox zəifləyir, gecə vaxtı isə ümumiyyətlə kəsilir.

“Suyun az olması ciddi məişət problemlərinə gətirib çıxarır. Məcbur qalıb marketlərdən su alırıq. Yasamal rayon Sukanal İdarəsindən problemin həll olunacağı deyilsə də, 6-7 aydır vəziyyət dəyişməz olaraq qalır”, – deyə sakinlər qeyd edir.