YASAMALIN BAŞÇISINDAN QANUNSUZ TİKİNTİLƏRƏ “YAŞIL İŞIQ” – FOTObackend

YASAMALIN BAŞÇISINDAN QANUNSUZ TİKİNTİLƏRƏ “YAŞIL İŞIQ” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yasamal rayon icra başçısı Elşad Həsənovun qanunsuz tikintilərə icazə verdiyinə dair foto fakt yayılıb. TİA.Az bildirir ki, bununa bağlı jurnalist Əziz Orucov yazıb.
Onun sözlərinə görə, Yasamal rayonu ərazisində qanunsuz tikintilərə verilən icazələrlə bağlı araşdırma aparır: “Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənfəət əldə etmək, “haqq” alaraq müxtəlif işlərə göz yummaq sənin daşıdığın vəzifənin sənin sonuna çıxacağına gətirəcək.
Hələ məmur olaraq biznes fəaliyyəti ilə məşğul olmağını demirəm… Mülk və əmlakların, restoranların, özününküləşdirilən daha nələr nələr, hamısı haqda da danışacağıq tələsmə, Elşad müəllim!”
Qeyd edək ki, E.Həsənovun Yasamalı bərbad günə qoyduğu, özündən əvvəlki icra başçılarından fərqlənmədiyini dəfələrlə yazmışıq. Bundan qabaq rayonun deputatı olmuş E.Həsənov hazırda Yasamalda heç bir quruculuq işi aparmır, amma qanunsuz tikintilərə rəvac verir.

TİA.Az