Yasamaldakı “Bazarstore”da baş verən yanğından görüntülər – VİDEObackend

Yasamaldakı “Bazarstore”da baş verən yanğından görüntülər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünən axşam Bakının Yasamal rayonu ərazisində yerləşən “Bazarstore” mağazalar şəbəkəsinin filialında güclü yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8 ünvanında yanğın olması barədə məlumat daxil olub.
Qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata əsasən, marketə aid ümumi sahəsi 24 m² olan, dəmir konstruksiyalardan ibarət saxlanma yerində karton tullantıları və pəncərə çərçivəsi 8 m² sahədə yanıb. Yüksək temperaturdan kondisioner və generator qarsalanıb.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 23:55-də tam söndürülüb. Market yanğından mühafizə olunub.