Paytaxtın Yasamal rayonu ərazisində 1700 kvadratmetrlik ərazisi olan obyekt satışa çıxarılıb.
Axar.az xəbər verir ki, mülkiyyətçi əmlakını 2 milyon manata satışa qoyub.
Sənədlərinin qaydasında olduğunu qeyd edən əmlak sahibinin sözlərinə görə, obyektin avtoyuma məntəqəsi, bilyard zalı, barı, restoranı var. Otaqların sayı isə 100-dür.
Qeyd edək ki, son illərdə dəyəri milyonluq olan obyektlərin, villaların satışı artıb.