Yarmarkalarda satılan ətin çoxunun mənşəyi bəlli deyil… – Ekspertbackend

Yarmarkalarda satılan ətin çoxunun mənşəyi bəlli deyil… – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz ət bazarlarında monitorinq aparırıq və qiymətlərdə hər hansı enmədən söhbət gedə bilməz”.

Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, keyfiyyətli ətin qiyməti indi də yüksəkdir:

“Ətin qiymətində yanvar ayında nisbətən enmə olmuşdu. İşğal edilən torpaqlar azad ediləndən sonra orada mal-qara qalmışdı. Həmin heyvanlar kəsimə yönəldildi və bu, bazarlarda nisbətən ətin qiymətinin hardasa 50 qəpik azalmasına səbəb oldu. Yarmarkalarda satılan heyvan əti yüksək keyfiyyət standartlarına uyğun deyil. Birincisi, yaşlı heyvanlar kəsimə verilir və yarmarkaya onların əti gətirilir. Xüsusən də dişi, sıradan çıxarılan inəklər, hər hansı səbəbdən də qüsurlu olan heyvanların əti birbaşa yarmarkaya çıxarılır. Bələdiyyə sədrləri, yerli icra nümayəndələrinin tapşırığı ilə qocalmış, şikəst olmuş heyvanları əhalidən ucuz qiymətə alıb onun kəsimi həyata keçirilir. Eləcə də yaşlı, bir neçə heyvan doğmuş qoyunları da kəsərək yarmarkaya çıxarırlar. Elə həmin heyvanlar kolbasa sexlərinə də ucuz qiymətə verilir”.

Vahid Məhərrəmov qeyd edib ki, Bakı bazarlarında ətin qiymətində hər hansı enmə yoxdur:

“Yarmarkalarda satılan ət bir çox hallarda mənşəyi bəlli olmayan ətlərdir”.