Yardımlıda narkobaron “Şəmi” və oğlu güllələnərək öldürüldübackend
Yardımlıda ata və oğlu güllələnib.
Hadisə bu gün Yardımlı rayonunda baş verib. İlkin məlumata görə, Masallı sakini əmisini və əmisi oğlunu güllələyib.
Gülələnənlərdən biri “Baron Şəmi” ləqəbi ilə tanınan narkobaron Şəmsəddin Kərimovdur.Yardımlıda güllələnən şəxslərin adları məlum olub.
Onlar Masallı rayon sakinləri – Kərimov Şəmsəddin Fəxrəddin oğlu və onun oğlu, Kərimov Niyaməddin Şəmsəddin oğludur.
Hər iki şəxsin öldüyü bildirilir.
(APA)