Yaqub Zurufçunun dəfn olunacağı yerlə bağlı qərarı ailə üzvləri verəcəkbackend

Yaqub Zurufçunun dəfn olunacağı yerlə bağlı qərarı ailə üzvləri verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əməkdar artist Yaqub Zurufçunun harada dəfn olunacağına ailə üzvləri qərar verəcək”.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, əməkdar artist bu gün müalicə aldığı “Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.

Xatırladaq ki, Y.Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub.

Əməkdar artist 1956-cı il aprelin 8-də İran İslam Respublikasının Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. O, ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına adına layiq görülüb.

Ailəli idi, 3 övladı var.