Yaponların uzun ömür sürmələrinin səbəbi açıqlandıbackend

Yaponların uzun ömür sürmələrinin səbəbi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya sakinlərinin başqa millətlərə nisbətən daha uzun ömür sürmələrinin səbəbi gündəlik yeməklərində balıq və dəniz məhsullarının, habelə bitkilərin üstünlük təşkil etməsi, şəkərli içkilərin isə yox dərəcəsində olmasıdır.

TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Milli Xərçəng Tədqiqatları Mərkəzi yanında İctimai Səhiyyə Elmləri Mərkəzinin direktoru Şoiçiro Tsuqane bildirib.

Onun sözlərinə görə, sadalanan hər məhsul bir çox ciddi xəstəliyə yoluxma ehtimalını xeyli azaldır.

O, həmçinin qıcqırmış paxlaların da xərçəng riskini azaldaraq ürək damar xəstəliklərinin qarşısını aldığını diqqətə çatdırıb.