Yaponiylı səfir Şirvan şəhərində olubbackend

Yaponiylı səfir Şirvan şəhərində olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
09 sentyabr 2022-ci il tarixdə Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi Şirvan şəhərinə gəlib. Səfiri Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəbul edib. Görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov səfir Vada Cüniçiyə Şirvan şəhərinin tarixi, əhalisi, sakinlərin əsas məşğuliyyəti, şəhərin infrastrukturu, sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verib. Şəhərdə aparılan abadlıq, quruculuq işlərindən, əhalinin sosial rifah halının yaxşılaşmasına yönəlik tədbirlərdən danışıb. Yaponiya-Azərbaycan əlaqələrinin son 30 ildə davamlı şəkildə inkişaf etdiyini vurğulayıb. Yaponiya-Azərbaycan xalqları və hökümətləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənməsinin önəmini qeyd edib.
Səfir Vada Cüniçi səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. 1992-ci ildə diplomatik münasibətlərin yaradılmasından bəri Yaponiya-Azərbaycan münasibətlərinin, siyasi, iqtisadi, mədəni və digər sahələrdə davamlı olaraq inkişaf etdiyini bildirib. 2022-ci ilin “Yaponiya-Azərbaycan Dostluq ili” elan edildiyini, 30 illik yubileyə həsr ediləcək tədbirlərin iki ölkə arasında münasibətlərin daha da inkişafına yol açacağını, hər iki xalqın qarşılıqlı anlayışlarının artmasına və onlar arasında münasibətlərin genişlənməsinə vəsilə olacağına inamını ifadə edib. İki ölkə arasında həyata keçirilən sosial layihələrdən danışıb.
Səfər çərçivəsində səfir Vada Cüniçi və Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhərin inzibati ərazisində fəaliyyət göstərən “Cənub Elektrik Stansiyası”nda olublar. Öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra stansiyanın direktoru Üzeyir Yusifov qonaqları müəssisə ilə yaxından tanış edib və istehsal prosesi barədə ətraflı məlumat verib.
Səfir göstərilən diqqətə görə minnətdarlıq edib, belə qarşılıqlı əlaqələrin xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib.